Hazırki nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.
İclasda, həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də təklif edilib.
Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.