​MTRŞ: Mikayıl Güləddinoğlunun verilişi bayağıdır, amma bu, qanun pozuntusu deyil

​MTRŞ: Mikayıl Güləddinoğlunun verilişi bayağıdır, amma bu, qanun pozuntusu deyil
13:22 9 Dekabr 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ "Hər hansı bir verilişin bayağı olması qanun pozuntusu deyil".
Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma, və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, MTRŞ televiziya kanallarına efirdə yayımlanan bəzi əyləncə xarakterli bayağı proqramlarla bağlı tövsiyələrini verməkdə davam edir: "Aparıcı Mikayıl Güləddinoğlunun təqdimatında efirə gedən "Məhəbbət əhvalatları" verilişində bayalığın azaldılması istiqamətində tədbirlərin görülməsi üçün əlavə tövsiyələr verilib. Amma bayağılıq yenə də var. Bayağılıq qanun pozuntusu deyil. Ona görə bu barədə konkret qərar qəbul etmək mümkün deyil".
T.Dadaşov bildirib ki, verilişə baxıb-baxmamaq tamaşaçının zövq məsələsidir. Onun sözlərinə görə, bayağı verilişləri və onların aparıcılarını sevən insanların sayı kifayət qədərdir: ""Sevimli şou", eləcə də digər verilişdən xoşlanmayan insanlar da kifayət qədəridr. Ona görə də verilişi izləmək tamaşaçının zövqündən asılı bir məsələdir". 

Xəbərin orijinal ünvanı: http://report.az/media/mtrs-mikayil-guleddinoglunun-verilisi-bayagidir-amma-bu-qanun-pozuntusu-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR