Azərbaycanda mövcud tolerantlıq mühiti bütün dünyaya örnək göstərilir

Azərbaycanda mövcud tolerantlıq mühiti bütün dünyaya örnək göstərilir
15:13 9 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda mövcud tolerantlıq mühiti bütün dünyaya örnək göstərilir.
Bu fikirlər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı yanında dini işlər üzrə komissiyanın iclasında səsləndirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hüquq mühafizə orqanlarının təmsilçiləri, din xadimləri, ali və orta təhsil müəssisələrinin rəhbərləri, bələdiyyənin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov respublikamızda mövcud dövlət-din münasibətləri, dinlərarası dialoq, tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız gündəlik həyatında hiss edir. Bu kursu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində yürütdüyü məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanda mövcud tolerantlıq mühiti bütün dünyaya örnək göstərilir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri məhz möhkəm ictimai-siyasi sabitlik, milli həmrəylik, xalq-iqtidar birliyidir.
Qeyd edilib ki, bir neçə gün əvvəl Nardaran qəsəbəsində din pərdəsi altında törədilən təxribatlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını açıb göstərdi.
Nəsimi rayon prokuroru Salman Məmmədli qanunun aliliyinin təmin olunmasında respublikamızın hüquq mühafizə orqanlarının məqsədyönlü fəaliyyətindən danışıb, ölkəmizdə bu cür təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınacağını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev də çıxışlarında vurğulayıblar ki, Azərbaycan demokratik prinsiplərlə inkişaf edən tolerant ölkədir. Azərbaycan dövləti tərəfindən ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinin yaşayışı və fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_movcud_tolerantliq_muhiti_butun_dunyaya_ornek_gosterilir-909634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR