FHN “Günəşli” yatağındakı qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları barədə məlumatı yayıb

FHN “Günəşli” yatağındakı qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları barədə məlumatı yayıb
15:37 9 Dekabr 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir. "Report" xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Qurumdan bildirilib ki, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, FHN bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb. Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR