Bakı, 7 fevral, AzərTAc
ABŞ-ın Dreksel Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlıqda fiziki zorakılıq və diqqətsiz münasibətlə üzləşən qadınlar çox vaxt kasıb olur, uşaqlarını dolandıra bilmirlər.
AzərTAc “Zee News” saytına istinadla xəbər verir ki, tədqiqatçılar 31 qadın arasında sorğu keçiriblər. Tədqiqatda iştirak edənlərin hamısı uşaqlıqda həqarət, zorakılıq və valideynləri tərəfindən diqqətsizlik halları ilə qarşılaşıb. Alimlər uşaqlıq illərində keçirilən sarsıntının şəxsiyyətin formalaşmasına nə dərəcədə güclü təsir göstərdiyini müəyyən etməyə çalışıblar.
Məlum olub ki, gələcək firavanlığa və maddi duruma ilk növbədə uşaq yaşlarında valideynlərin həqarətləri və təcavüzkarlığı təsir göstərir. Uşaqlıq dövrünün mənfi təcrübəsi çox vaxt məhz qida məhsullarının və digər zəruri şeylərin çatışmazlığı ilə bağlı olub.
Tədqiqatın banisi və müəllifi Mariana Çilton nəticələri şərh edərək deyib: “Aclığın və səfalətin səbəbləri çoxdur. Biz müəyyən etdik ki, bu səbəblərdən biri uşaqlıq illərinin sarsıntısıdır”.