Bakı, 10 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir istehsalı, meyvəqurutma, üzlük daşların və dam örtükləri istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.