Kolorado-Sprinqs şəhərindəki klinikaya hücum edən şəxs peşman deyil

Kolorado-Sprinqs şəhərindəki klinikaya hücum edən şəxs peşman deyil
12:33 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bu il noyabrın 27-də Amerikanın Kolorado ştatında yerləşən Kolorado-Sprinqs şəhərindəki ailə planlaması klinikasına hücum edərək 3 nəfəri qətlə yetirən və 9 nəfəri yaralayan Lyuis Diar törətdyi cinayəti məhkəmədə etiraf edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə iclasında hücum etdiyi klinikada həyata keçirilən abortlara qarşı olduğunu bildirən müttəhim əməlindən peşman olmadığını deyib.
Diarı tanıyanlar onun əvvəllər də aborta qarşı olduğunu və son illər ərzində Şimali Karolina ştatının meşələrində zahid həyat tərzi sürdüyünü bildiriblər.
Xatırladaq ki, insidentin baş verdiyi klinika, həmçinin qadınlara abort xidmətləri təklif edən “Planned Parenthood” qeyri-kommersiya təşkilatına aiddir.
Embrionların qanunsuz ticarətində ittiham olunan bu təşkilatın əməkdaşları əvvəllər də fəalların hücumlarına məruz qalıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR