Yaponiyanın ənənəvi musiqi konserti "Va-Liqa" Bakıda və İsmayıllıda

Yaponiyanın ənənəvi musiqi konserti "Va-Liqa" Bakıda və İsmayıllıda
13:18 10 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfirliyi və JTİ şirkətinin təşkilatçılığı ilə dekabrın 15-də Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində, 17-də isə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində "Va-Liqa" - Yaponiyanın ənənəvi musiqi konserti keçiriləcək.
AZƏRTAC səfirliyin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, qrup İsmayıllı və Bakı konsertində tamaşaçılara simli alət (tsuqaru şamisen), nəfəs aləti (şakuhaçi), həmçinin ənənəvi Azərbaycanın musiqisi muğama bənzəyən Yaponiyanın folklor mahnısı "minyo"nu təqdim edəcək.
Giriş pulsuzdur. Bakı konsertinə biletləri Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və məlumat şöbəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, "Va-Liqa" Yaponiyanın ənənəvi incəsənət ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_enenevi_musiqi_konserti__quotVa_Liqa_quot_Bakida_ve_Ismayillida-909954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR