Cem Yılmazın "Əli baba və 7 cücə" komediyası Nizami Kino Mərkəzinin ekranında

Cem Yılmazın "Əli baba və 7 cücə" komediyası Nizami Kino Mərkəzinin ekranında
16:52 10 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 10 -dan Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Əli baba və 7 cücə" bədii filminin nümaişi başlanıb.

AF Media-Azərbaycan şirkətinin təqdimatı ilə nümayiş olunan "Əli baba və 7 cücə" filmini Türkiyənin ünlü komediya ulduzu Cem Yılmaz komediya və savaş janrında cəkib. Yaş məhdudiyyəti:12+

Əli Şenay və qayını İlber bağça dizaynı üçün fiqurlar satan iki "iş adamıdı"lar. Daxili bazarda bir şey əldə etməyən cütlük, "Şenay Cüccaciye" adlı marka yaradıb xarici bazara çıxmaq üçün Sofiyada keçirilən bağça sərgisinə qatılırlar. Amma təsadüf nəticəsində böyük mafiya lideri Boris Mancovun adamları ilə üzləşən Şenay və İlber çox çətin vəziyyətə düşürlər.

Macəraları da buradan başlayır...

Filmdəki baş rollara Cem Yılmaz, İrina İvkina, Çetin Altay və başqaları çəkiliblər.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Feysbuk səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/389259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR