Xalqdan güc alan və onu ucaldan Ümummilli Lider

Xalqdan güc alan və onu ucaldan Ümummilli Lider
18:43 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə dahi rəhbərin xatirəsi böyük məhəbbətlə anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, anım günü ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
Ş.Bayramov Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə xalqımızın xoşbəxt gələcəyi naminə bütün təminatların yaradıldığını diqqətə çatdırıb.
Sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova Ümummilli Liderin vəfatının 12-ci ildönümü ilə bağlı məruzə edib.
Toplantıda çıxış edən Mərkəzin direktoru Kübra Səmədova, Artupa kənd kitabxanasının müdiri, şairə Sakitə Əliyeva, mədəniyyət və turizm şöbəsinin baş məsləhətçisi Vüsal Babayev və başqaları fenomen şəxsiyyət, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan, onun idarəetmə bacarığı, prinsipial mövqeyi, dərin zəkası və peşəkarlığı ilə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan danışıblar.
Çıxış edənlər Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər.
Tədbirin sonunda şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr edilmiş şerlərdən parçalar söyləyiblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqdan_guc_alan_ve_onu_ucaldan_Umummilli_Lider-910103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR