Bir sıra səfirliklər və şirkət rəhbərləri SOCAR-a başsağlığı veriblər

Bir sıra səfirliklər və şirkət rəhbərləri SOCAR-a başsağlığı veriblər
19:22 10 Dekabr 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində həyatını itirən insanlarla əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) başsağlığı teleqramları gəlməkdə davam edir.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətə başsağlığı teleqramları göndərən diplomatik korpus nümayəndələri, şirkət rəhbərləri, sadə vətəndaşlar Azərbaycan xalqının kədərini bölüşdüklərini, xəsarət alanların tezliklə sağalmalarını arzuladıqlarını və hər cür yardım göstərməyə hazır olduqlarını bildiriblər.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, “Global Energy Azerbaijan Limied” şirkətlər qrupunun kollektivi və öz adından şirkətin prezidenti İqor Kirdoda, Albaniya- Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin rəhbəri Entela Muço, FLUOR şirkətinin vitse-prezidenti Ashley Rees, “Akkord” ASC-nin baş direktoru Göksel Aybek, “TML İnşaat” MMC-nin direktoru Taylan Dal və başqaları göndərdikləri teleqramlarda Azərbaycan xalqına, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu kədərli günlərdə səbir və dözüm diləyir, qəza zamanı xəsarət alan neftçilərin isə tezliklə şəfa tapmasını arzu edirlər.                               

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR