Polşanın "Nordhus" şirkəti Azərbaycanda tərəfdaş axtarır

Polşanın "Nordhus" şirkəti Azərbaycanda tərəfdaş axtarır
11:19 11 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Polşanın "Nordhus" şirkəti Azərbaycanda bina tikintisi üçün hazır blok istehsal edən zavodun inşası üzrə tərəfdaş axtarır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, hazır bloklardan ibarət olan binaların inşası üçün zavodun tikintisi təklifi ilə bağlı "Nordhus" şirkəti quruma müraciət edib.
Eyni zamanda, AZPROMO-ya qaçqın və məcburi köçkünlərin, dağ-mədən sənayesində və tibb sahəsində çalışan işçilərin yerləşdirilməsi üçün səyyar evlərin inşa edilməsi ilə bağlı "Synergy Living Systems" şirkətinin təklifləri daxil olub.
Qeyd edək ki, "Nordhus S.A." şirkəti modul və panel sistemdə ağac karkas texnologiyası ilə binalar inşa edən şirkətdir. Şirkətin əsas bazarı Skandinaviya, xüsusilə Norveç və İsveçdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polsanin__quotNordhus_quot_sirketi_Azerbaycanda_terefdas_axtarir-910265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR