​MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib

​MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
14:17 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiyanın Yessentuki şəhərində MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 62-ci iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
İclasda DGK-nin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Məlumata görə, iclasda Gömrük Xidməti Rəhbərləri Şurasının 61-ci iclasının yekunları ilə bağlı hesabat dinlənilib, ekspertlər tərəfindən hazırlanmış təkliflərə baxılıb, eyni zamanda “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 15 aprel 1994-cü il tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə Protokol” və “Malların gömrük dəyərinin müəyyən edilməsi və nəzarəti üçün zəruri olan məlumat mübadiləsi haqqında Saziş” layihələri, eləcə də Şuranın portalının hazırlanıb tamamlanması və Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantının qəbul edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı, tədbir iştirakçıları MDB-nin Xarici İqtisadi Fəaliyyətin Vahid Mal Nomenklaturasına və onun şərhinə dəyişikliklər edilməsi, MDB Dövlət Başçıları Şurasının 10 fevral 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Birliyə üzv dövlətlərin gömrük qanunvericiliklərinin əsaslarına əlavə və dəyişikliklərin edilməsi, “İnternet-ticarət üzrə gömrük əməliyyatları (gömrük rəsmiləşdirməsi) və gömrük nəzarəti ilə bağlı qaydaların təkmilləşdirilməsi üzrə MDB ölkələrinin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun və “MDB-yə üzv dövlətlərin milli tranzit sistemlərinin qarşılıqlı inteqrasiyası üçün şəraitin yaradılması üzrə MDB-yə üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun layihələri, MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin və Ümumdünya Gömrük Təşkilatının hüquq mühafizə fəaliyyəti ilə bağlı MDB üzrə Regional Əlaqələndirmə Qovşağı RİLO-Moskvanın 2016-cı il üçün İş Planlarının təsdiq edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasdan sonra üzv ölkələrin nümayəndə heyəti rəhbərlərinin mətbuat konfransı keçirilib.
Qeyd edək ki, MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 63-cü iclasının 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb. 


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/mdb-olkeleri-gomruk-xidmeti-rehberleri-surasinin-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR