"PAŞA Bank" ən yaxşı biznes-keys müsabiqəsinin baş sponsoru olub

"PAŞA Bank" ən yaxşı biznes-keys müsabiqəsinin baş sponsoru olub
14:43 11 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
ABŞ Ali Məktəblərinin Azərbaycanlı Məzunları Assosiasiyasının (US-Educated Azerbaijani Alumni Association) hər il keçirdiyi ən yaxşı biznes-keys müsabiqəsi başa çatıb. Ölkənin aparıcı ali məktəblərinin komandalarının iştirak etdiyi tələbələr arasında müsabiqənin baş sponsoru "PAŞA Bank olub.
"Paşa Bank"dan AZƏRTAC-a bildiriblər ki, müsabiqə çərçivəsində tələbələr ali məktəblərdə təhsil prosesində əldə etdikləri bilikləri onların qarşısına qoyulan real biznes-problemlərin həllində tətbiq edirlər. 2002-ci ildən etibarən keçirilən yarış istedadlı gənclərə öz potensialını reallaşdırmaq, analitik qabiliyyətlərini inkişaf etdirmək və praktiki vərdişlər əldə etmək imkanı verir.
"PAŞA Bank"ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova bildirib ki, bank tələbələr üçün aylıq təqaüdləri nəzərdə tutan bir sıra layihələri həyata keçirir. Bankda peşəkar təcrübə keçmək üçün şərait yaradılıb, Böyük Britaniyanın aparıcı ali məktəblərində təhsil almaq imkanı verilib. Əminik ki, gələcəkdə bu gənclər təkcə seçdikləri sahədə yüksək peşəkarlığa malik mütəxəssis olmayacaq, onlar həm də Azərbaycanın gələcək uğurlu sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevriləcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotPASA_Bank_quot_en_yaxsi_biznes_keys_musabiqesinin_bas_sponsoru_olub-910363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR