Məşhurlar kimsəsiz uşaqları sevindirəcəklər - FOTOSESSİYA

Məşhurlar kimsəsiz uşaqları sevindirəcəklər - FOTOSESSİYA
15:05 11 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

İGECKİDS şirkəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə kimsəsizlər evində yaşayan uşaqları sevindirmək istəyir. Bu münasibətlə də 24 dekabr saat 17:00-da Four Seasons otelində konsert proqramı keçiriləcək.

"Uşaqlar gülsün deyə" şüarı altında baş tutacaq gecənin aparıcısı Vüsalə Əlizadədir. Konsert proqramında isə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli və digər bir çox məşhur müğənnilər iştirak edəcəklər. Mərasimə həmçinin Şaxta baba və Qar qız, eyni zamanda DJ Biko da qatılacaq.

Onu da vurğulayaq ki, konsertdən əldə olunan gəlirlə bir neçə  kimsəsizlər evinə yardım göstəriləcək.

Tədbirin informasiya tərəfdaşları 106.3 Fm radiosu, Day.Az, Milli.Az və Trend.Az saytlarıdır.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR