Aparıcılar efirdəki səhvlərindən danışdılar

Aparıcılar efirdəki səhvlərindən danışdılar
16:22 11 Dekabr 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Milli Teleradio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, MTRŞ-nin hesabatında ədəbi dil və leksik normaların pozulmasında adları keçən aparıcılar məsələyə münasibət bildirib:

"Beş barmaq" verilişinin aparıcısı Ulvira Qarayeva:

"Ayda 22 verilişimiz efirə gedir, sevindim ki, hörmətli MTRŞ yalnız bir səhv görüb. Tənqidə açığam və qərəzsiz tənqiddən nəticə çıxardıram".

"Günəbaxan" verilişinin aparıcısı Elgiz Əkbər:

"Normal münasibət bəsləyirəm. Çalışacam ki, gələcəkdə bu türk sözlərindən istifadə etməyim. İndi mənə bu barədə məlumat verdilər. Mən iki il İstanbulda yaşamışam. Danışığımda türk sözləri var, istifadə edirəm. Kanalımızda bu məsələ də müzakirə olunub. Bundan sonra səlis Azərbaycan dilində danışacam. Hesab edirəm ki, məndə bu problem həll olacaq".

"Xeyrə qarşı" verilişinin aparıcısı İlqar Mikayıloğlu:

"Mənim bu məsələyə münasibətim nə ola bilər? Hansısa bir qərarı veriblərsə, deməli, o qərara əməl etmək lazımdı. Başqa heç nə deyə bilmərəm".

ATV-də "Hava" verilişinin aparıcısı Kəmalə Piriyeva:

"Bu haqda nə deyə bilərəm? Yəni, ədəbi qaydalar pozulub, gələcəkdə nəzərə alarıq, bu problemlər aradan qaldırılar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR