Sakinlərin sözlərinə görə, bu yolu keçmək onlar üçün çox çətinliklər yaradır: "Bu yol ən çox məktəblilər üçün təhlükəlidir. Hər gün uşaqlarımı zıməktəbə aparıb-məktirmək məcburiyyətindəyik. Qış aylarında dumanlı hava şəraiti zamanı avtomabilləri görmək mümkün deyil. Ona görə də bu ərazidə tez-tez yol qəzası baş verir".
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin (NN) "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, magistral yolun sözügedən hissəsində təmir işləri yekunlaşmayıb: "Bakı-Qazax magistral yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində hazırda təmir işləri aparılır. Həmin ərazidə müvəqqəti yol nişanları quraşdırılıb və sürət həddi saatda 40-50 kilometr göstərilib. Sadəcə olaraq sürücülər sürət həddinə riayət etmirlər. O ki, qaldı həmin ərazidə olan yeraltı keçidlərin vəziyyətinə, yaxın vaxtlarda magstral yol tamamilə istifadyə verildikdə keçidlərdə də bütün şərait yaradılacaq. Həm piyadalar Həm də mal-qaralar üçün nəzərdə tutulmuş keçidlərdən asanlıqla istifadə etmək mümkün olacaq".
Xatırladaq ki, sözügedən ərazidə bir neçə gün öncə 24 yaşlı kənd sakinini və bir il öncə 2-ci sinif şagirdini yolu keçmək istəyərkən maşın vurub. Hər iki payada dünyasını dəyişib.



