Futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib

Futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib
17:43 11 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşmasında Gəncənin “Kəpəz” klubu paytaxtın “Rəvan” komandasını qəbul edib. Gəncə şəhər stadionunda qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılar toxunulmaz qalıb - 0:0.
Dörd turdu qələbəyə həsrət qalan baş məşqçi Şahin Diniyevin yetirmələri uğursuz seriyanı bu matçda da qıra bilməyib. Sonuncu pillədən qurtulmaq arzusunda olan paytaxt təmsilçisi isə məğlubiyyətsizlik seriyasını Gəncədə 5-ə çatdırsa da, autsayderlikdən qurtula bilməyib.
Beləliklə, xallarının sayını 22-ə çatdıran “Kəpəz” hələki turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Rəvan” isə 11 xalla autsayderliyini davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futbol_uzre_Topaz_Premyer_Liqasinin_XVI_turuna_start_verilib-910419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR