Bakı, 11 dekabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın kimya sənayesinin iki nəhəng şirkəti - “Dow Chemical” və “DuPont” birləşmə ilə bağlı aralarında apardıqları danışıqlarda razılığa gəliblər.
AZƏRTAC “euronews”a istinadla xəbər verir ki, bu birləşmədən qabaq “Dow”un yada “Du Pont”un səhmlərinə sahib olanlar bu razılaşmadan sonra həmin səhmlərin yarısına sahib olacaq. Kimya sektorunda dünyanın ikinci böyük şirkəti olacaq “DowDuPont”un bazar dəyəri 130 milyard dollar təşkil edəcək.