Tələbələr universiteti döyüş meydanına çevirdi (VİDEO, FOTO)

Tələbələr universiteti döyüş meydanına çevirdi (VİDEO, FOTO)
08:41 12 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mersin Universitetinin tələbə şəhərciyi bir qrup gəncin keçirdiyi etiraz aksiyasından sonra əsl döyüş meydanına çevrilb.

ANS PRESS-in məlumatına görə, insident Türk yazıçı və tarixçi Hüseyn Nihal Atsızın xatirəsinə həsr olunan tədbir zamanı baş verib. Buna etiraz edən bir qrup tələbə, Ədəbiyyat Fakültəsinin önünə toplanaraq, terrorçu qruplaşma dəstək şüarları səsləndirib.

Polisin dağılışmaları barədə çağırışlarına məhəl qoymayan etirazçılar daha sonra konfrans zalı qarşısında duran çevik polis qüvvələrinə daş və şüşə qablarla hücum edib, onların üzərinə fişəng buraxıb.



Onlar otaqlardakı yazı masalarını və oturacaqları çölə daşıyaraq barikada qurmağa çalışıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək müdaxilə edib. Müdaxilədən sonra polis etirazçı qrupu kampusdan sıxışdıraraq uzaqlaşdırıb.

Təqibdən qaçqan tələbələr yaxınlıqdakı meşədə gizlənib. Toqquşmalarda 2 polis əməkdaşı yaralanıb, 14 fəal saxlanılıb. Universitetin ərazisində polis nəzarəti gücləndirilib.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR