Yaponiyanın “Secom” şirkəti patrul nəzarəti üçün dron hazırlayıb

Yaponiyanın “Secom” şirkəti patrul nəzarəti üçün dron hazırlayıb
08:48 12 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 12 dekabr, AZƏRTAC 
Yaponiyanın mühafizə xidməti sahəsində nəhəng “Secom” şirkəti şübhə yaradan hərəkətləri izləyəcək patrul nəzarəti dronu hazırlayıb.
Altmış kvadratsantimetr böyüklüyündə olan dron dekabrın 10-da ictimaiyyətə təqdim olunub.
Dron qadağan edilmiş əraziyə daxil olan insanları, avtomobilləri izləyərək daxilində quraşdırılmış aparat vasitəsilə onların fotolarını yağışlı havada və gecə vaxtı belə çəkməyə qadirdir. Beş metr məsafəyədək izlədiyi obyektə yaxınlaşan dron əldə etdiyi məlumatları nəzarət mərkəzinə və ya polisə göndərərək mühafizə xidməti çağıra bilər.
Yerə bərkidilmiş sensorların şübhəli hərəkətlər qeydə aldığı vaxt havaya qalxan dron şübhə doğuran obyekti izləmək qabiliyyətinə də malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Secom_sirketi_patrul_nezareti_uchun_dron_hazirlayib-910576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR