Niderlandın dövlət televiziyasında “Qarabağ faciəsi” filmi göstərilib

12:43 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası Ned2-də “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib. Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistandan və Dağalıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, filmin nümayişindən sonra Niderlandda və Avropada yaşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları yayılıb. Onlar filmdə ermənilərə vaxt ayrılmaması, münaqişəyə birtərəfli yanaşılması kimi əsassız ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər, filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.
Qeyd edək ki, artıq üçüncü dəfədir BAK-ın dəstəyi ilə Niderlandın Ned2 və Ned3 telekanallarında Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilir. Bir müddət əvvəl BAK-ın dəstəyi, türkoloq Aleksandr de Qrootun iştirakı ilə hazırlanmış, Xocalı soyqırımından bəhs edən sənədli film də ermənilərin iç üzünü açıb göstərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Niderlandin_dovlet_televiziyasinda_Qarabag_faciesi_filmi_gosterilib-910993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR