“ASAN xidmət” mərkəzlərində “Azəriqaz”la bağlı 52 minə yaxın müraciət öz həllini tapıb

“ASAN xidmət” mərkəzlərində “Azəriqaz”la bağlı 52 minə yaxın müraciət öz həllini tapıb
13:13 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Bu ilin yanvar-noyabr aylarında ərzində Bakıdakı 1, 2, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İstehsalat Birliyinin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 51 min 717 müraciət daxil olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin hamısı tam icra edilib. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR