Ekologiya və təbii sərvətlər naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək
13:48 14 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 23-də saat 10:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Mingəçevirlə yanaşı, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonları sakinlərinin müraciətlərinə baxılacaq, lazımi tədbirlər görüləcək.
Vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”i (168), həmçinin Mingəçevir şəhəri 8 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 024-27-4-68-98, 050-675-14-24, 050-287-06-22) ilə əlaqə saxlamaları xahiş olunur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekologiya_ve_tebii_servetler_naziri_Mingechevirde_vetendaslari_qebul_edecek-911034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR