Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək

15:17 14 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, iclas olmayacaq, heç planlaşdırılmır da", - Peskov jurnalistlərə bildirib.
Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası dekabrın 15-nə planlaşdırılırdı. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər etməliydi.
Amma Türkiyə-Suriya sərhədində Türkiyənin Rusiya "Su-24"ünü vurması hadisəsindən sonra Rusiya-Türkiyə münasibətləri kəskin şəkildə pisləşib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-turkiye-emekdasliq-surasinin-iclasi-kecirilmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR