"Azərsu"nun smart-kartlarının məsafədən yüklənməsi xidməti işə salındı

"Azərsu"nun smart-kartlarının məsafədən yüklənməsi xidməti işə salındı
17:13 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

"Goldenpay" ödəniş sistemi Hesab.az ödəniş portalı vasitəsilə "Azərsu" ASC-nin abonentləri üçün su sayğacları üzrə smart-kartların məsafədən yüklənməsi xidmətini işə salıb. Bunu Trend-ə şirkətdən deyiblər.

Xidmət "Kommunal xidmətlər" bölməsində əlçatandır. Sistemin iş mexanizmi qaz sayğacları üzrə smart-kartların onlayn yüklənməsi üçün tətbiq olunan sistemin mexanizmi ilə eynidir. Smart-kartları yükləmək üçün kard-riderlərdən istifadə olunmalıdır. Qiyməti 30 manat olan cihazı “Goldenshop.az” onlayn-mağazasından əldə etmək olar.

Smart-kartları yükləmək üçün Java proqramı yükləmək (java.com/en/download/ie_manual.jsp?locale=en), həmçinin drayveri (drayverin ünvanı: system.goldenpay.az/smart/jpcsc.dll) sərt C diskinin “Windows” qovluğuna kopyalamaq lazımdır.

Smart-kartın yüklənmə prosesi aşağıdakılardan ibarətdir: kartı kard-riderə qoymaq, START düyməsini basmaq və kartdakı məlumatın yoxlanılmasını gözləmək, sonra karta yükləmək istədiyiniz məbləği qeyd edib növbəti səhifəyə keçmək lazımdır. Daha sonra kart haqqında informasiya daxil edilməli və ödəniş həyata keçirilməlidir. Pul vəsaitinin karta yüklənməsi üçün START düyməsini basmaq, proses başa çatdıqdan sonra kartı çıxarmaq lazımdır.

Prosesdən öncə kartdakı məbləği sayğaca yükləmək, kartda vəsaitin qalmadığından əmin olmaq lazımdır. Əks halda vəsait karta yüklənməyəcək. Həmçinin yükləmə prosesi başa çatmayıbsa, kartı vaxtından əvvəl çıxartmaq olmaz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR