Xocalı soyqırımının tanınması üçün Rusiya Dövlət Dumasına müraciət edildi

Xocalı soyqırımının tanınması üçün Rusiya Dövlət Dumasına müraciət edildi
19:14 14 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyadakı diasporumuz Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib

 

Azərbaycanın Rusiyadakı diasporu Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib.

 

APA-nın “islamnews.ru” saytına istinadən verdiyi xəbərə görə, müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətllərin soyqırımı kimi tanımağa çağırıblar.

 

“Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur”, - deyə müraciətdə bildirilir.

 

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N. Leviçev və S. Mironov Rusiya Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

 

Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR