Azərbaycanın bank sektorunda xarici təcrübəyə əsaslanan yeni İT sistemləri tətbiq olunacaq

14:52 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən İT üzrə Ekspert Qrupunun ilk iclası keçirilib.

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, qrupun yaradılmasında əsas məqsədi banklarda xərclərin optimallaşdırılması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin və əməliyyatların sürətinin artırılması üçün zəruri proqram təminatlarının nəzərdən keçirilməsi, xarici təcrübəyə əsaslanaraq yeni tətbiqlərin banklarda istifadəsinin davam etdirilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsindən ibarətdir.
Həmçinin, Qrupda informasiya texnologiyaları sistemlərinin tətbiqi və idarə olunması, informasiya təhlükəsizliyi, bank əməliyyat sistemləri, yerli və xarici İT şirkətlərlə iş aparılması, rəqəmsal texnologiyalarla əlaqədar yerli bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdığı problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə innovativ yanaşmaların öyrənilməsi, əlaqədar standartların hazırlanmasında iştirak və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
İT üzrə Ekspert Qrupunun fəaliyyətinin əlaqələndirilməsini ABA-nın Rəyasət Heyətində təmsil olunan “Kapital Bank” ASC üzərinə götürüb. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvləri ilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “Kapital Bank”ın baş İT inzibatçısı Ramin Qarayevə həvalə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azerbaycanin-bank-sektorunda-xarici-tecrubeye-esaslanan-yeni-i-t-sistemler-tetbiq-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR