Spirt haqqında doğru bilinən səhvlər

Spirt haqqında doğru bilinən səhvlər
09:42 16 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Xalq arasında spirtli içkilərin istifadəsi ilə əlaqədar bir çox yalnış məlumat və təsəvvürlər var.

Milli.Az publika.az-a istinadən  xəbər verir ki,   Türkiyənin "Yeşilay" jurnalı spirtli içkilərlə  əlaqədar doğru bilinən səhvləri araşdırıb.
 
Yuxuya getməyimizə köməkçi olarmı?
Spirt yuxu keyfiyyətini aşağı salır. Tez-tez oyanmanıza və REM (Sürətli göz hərəkətləri) mərhələsində daha az yatmağınıza səbəb olur.
 
Bədəni isidir?
Spirtli içki içdiyinizdə  bədən hərarəti düşər. İstilik hissi qanın səthə doğru axışının dərini və dəridəki sinir uclarını isidərək beynə istilik qəbulunu çatdırmasından qaynaqlanır. Bu təsir çox qısa sürür.
 
Pivə asılılıq yaradır?
Pivə də digər içkilər kimi asılılıq yaradır. Ancaq içkilərdəki spirt nisbəti növünə görə fərqlənir. Bir stəkan pivədəki spirt bir qədəh rakıya və şəraba bərabərdir.
 
Spirtli içki qan damarlarını açır?
Spirtli içkilərin ürək və damar xəstəliklərinə faydalı olduğunu irəli sürən iddialar səhvdir. Spirt, toksik bir maddədir. İstehlakı artdıqca damar sərtliyi və damar daralmasına gətirib çıxarar.
 
Səsi açırmı?
Spirt bədəndəki su miqdarını azaldır, susuz buraxır. Bu vəziyyət danışığa və mahnı oxumağa mənfi təsir edir. Acqarına spirt qəbul etmək qan şəkərini aşağı salır. Səhnə performansında qorunması lazım olan enerji də qan şəkəri ilə birlikdə azalır.
 
Qan yaradıcı xüsusiyyəti varmı?
Spirtin heç bir qida dəyəri yoxdur. Qanyaradıcı xüsusiyyətə də malik deyil. Yaralanma hallarında  qanın laxtalanmasını önləyərək ciddi qan itkisinə səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/390599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR