Rusiya yenə bombaladı: 35 nəfər öldü

Rusiya yenə bombaladı: 35 nəfər öldü
09:56 16 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada müşahidələr aparan müxalifyönümlü fəallar Suriyanın şimalında üsyançıların nəzarətində olan yanacaq bazarına endirilən aviazərbələr nəticəsində onlarla insanın həlak olduğunu və yaralandığını bildirir.

ANS PRESS-in məlumatına görə, yerli Kordinasiya Komitələrinin iddiasına görə, İdlib yaxınlığında yerləşən Marət əl Nəsən kəndinə edilən aviareydlər Rus hərbi təyyarələri tərəfindən həyata keçirilib.

Britaniyada qərarlaşan Suriya İnsan Haqqları Müşahidə qrupu aviazərbələrdən azı 35 nəfərin həlak olduğunu və ya yaralandığını bildirib. Məlumata görə vurulmuş yanacaq bazarında İŞİD-in nəzarətində olan neft bölgələrindən gətirilən benzin-dizel satılır.

Ölkənin şimal bölgəsində əksər ərazilərdə (elektrik təchizatı olmadığından) qış aylarında evlərin isinməsi üçün yanacağa olan tələbat artır və sakinlər belə qanunsuz yanacaq bazarlarına üz tutmalı olur.

Ötən gün də Suriyada Rusiya təyyarələrinin müxaliflərin nəzarətindəki bölgələri bombardman etməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.

Rusiya təyyarələrinin 5 şəhərə bomba yağdırması nəticəsində 81 dinc sakin ölüb, 135-ə yaxın insan isə yaralanıb.

Suriyanın şimalındakı Hələb şəhərində Merce məhəlləsinin bombalanması zamanı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Bu arada, Rusiya ordusuna məxsus döyüş təyyarələri Hələbin şimalındakı Mare rayonunda terror təşkilatı İŞİD terrorçuları ilə cəbhə xəttində yerləşən müxaliflərin qərargahını bombardman edib.

İki həftə əvvəl isə Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Suriyanın İdlib şəhərində bazarı bombardman edib. Rusiya təyyarələrinin müxaliflərin nəzarəti altında olan Eriha rayonuna bağlı bazarı bombardman etməsi nəticəsində 40 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Şəhərə çox ciddi maddi ziyanın dəydiyi bildirilir. İŞİD terrorçu qruplaşması ilə mübarizə çərçivəsində Suriyaya gələn Rusiya ordusuna aid döyüş təyyarələri Homs, Hama və İdlib şəhərlərində müxaliflərin nəzarəti altında olan dinc sakinlərin məskunlaşdığı yerləri bombalayır.

Rusiya tərəfi isə iddia edir ki, onlar dinc sakinlərin olduğu bölgələri deyil, İŞİD terrorçularının mövqelərini bombardman edirlər. Rusiya ordusu bu ilin sentyabrın 30-dan Suriya ərazisində İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyatlara başladığını elan edib.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR