Əfqanıstan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Əfqanıstan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
10:43 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri Delbar Nazari başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə əklil qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistan_numayende_heyeti_Fexri_xiyabani_ve_Sehidler_xiyabanini_ziyaret_edib-911598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR