“Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışı bu ilin sonunadək istifadəyə veriləcək

“Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışı bu ilin sonunadək istifadəyə veriləcək
13:53 16 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Elvin Camalov, AZƏRTAC
“Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışı 2015-ci ilin sonunadək vətəndaşların istifadəsinə veriləcək.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə “Elmlər Akademiyası” metro stansiyasının giriş-çıxışlarında inşa işləri artıq yekunlaşıb. Hal-hazırda son tamamlama işləri aparılır.
Bu metro stansiyasının yeni 4 giriş-çıxışı olacağını bildirən N.Paşayev artıq iki giriş-çıxışda və keçiddə eskalatorların quraşdırıldığını söyləyib.
Nəsimi Paşayev onu da qeyd edib ki, metro stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küçəsi), ikincisi - Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələn çıxışlar həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq.
Xatırladaq ki, metronun “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyanın birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan “Elmlər Akademiyası” metro stansiyasında sərnişin sıxlığının qarşısını almaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmler_Akademiyasi_metro_stansiyasinin_ikinci_chixisi_bu_ilin_sonunadek_istifadeye_verilecek-911665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR