TDQK Beynəlxalq Bankın işçilərinin bilik səviyyəsini yoxlayacaq

TDQK Beynəlxalq Bankın işçilərinin bilik səviyyəsini yoxlayacaq
16:33 16 Dekabr 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.

ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət-Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.

İmtahan dekabrın 19-da iki növbədə təşkil olunacaq. Hər imtahan 3 saat ərzində aparılacaqdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR