Yapon musiqi qrupu İsmayıllıda Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezini təqdim edib

Yapon musiqi qrupu İsmayıllıda Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezini təqdim edib
16:58 16 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 16 dekabr, AZƏRTAC
Yaponiyanın “VA-LİQA” musiqi qrupu İsmayıllı rayonunun qonağı olub, mədəniyyət mərkəzində zəngin repertuarlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin və JTİ şirkətinin təşkilatçılığı ilə gerçəkləşən bu səfər Odlar yurdu ilə Gündoğar ölkə arasında qarşılıqlı əlaqələrin və dərinləşməkdə olan dostluq münasibətlərinin bəhrəsidir. Qeyd edək ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında artıq bir neçə ildir dostluq münasibətləri mövcuddur və xüsusən məktəblilərin, mədəniyyət işçilərinin qarşılıqlı səfərləri bu münasibətləri daha da möhkəmləndirir.
“VA-LİQA” musiqi qrupu İsmayıllıda böyük qonaqpərvərliklə qarşılanıb. Qrupun təqdim etdiyi konserti 300 nəfərədək tamaşaçı izləyib. Yapon musiqiçilərinin ifasında səsləndirilən “Ho-İ Ho-İ” mahnısı ilə Azərbaycanın məşhur “Sarı gəlin” mahnısının sintezi isə iştirakçılar tərəfindən xüsusilə maraqla qarşılanıb. Belə ki, “Sarı gəlin”in ritmində “Ho-İ Ho-İ” mahnısı oxunub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yapon_musiqi_qrupu_Ismayillida_Azerbaycanin_meshur_Sari_gelin_mahnisinin_sintezini_teqdim_edib-911752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR