“ICTnews” elektron xidməti “hi-news.ru” resursuna istinadən xəbər verir ki, mühafizə xidməti göstərən pilotsuz uçan aparatın sürəti hələ ki ürəkaçan olmasa da, lakin bu, mühafizə texnologiyalarının inkişafı istiqamətində atılmış böyük addımlardan biridir.
Qeyd edək ki, sözügedən pilotsuz uçan aparat şəxsi istifadə üçün nəzərdə tutulmayıb. Pilotsuz uçan aparatın qiyməti 6620 dollar, firma tərəfindən aylıq xidmət göstərilməsi isə 41 dollar təşkil edir.
Emil Hüseynov