Azərbaycanı təkləyən qüvvələr

Azərbaycanı təkləyən qüvvələr
12:51 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Helsinki Komissiyasının rәhbәri, konqresmen " Kristofer Smit Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlayıb.

ANS PRESS-in məlumatına görə, layihə "Azәrbaycan Demokratiya Aktı 2015" adı altında təqdim edilir.

Layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.

Konqresmen K. Smit bildirib ki, Biz bunu qәbul edirik ki, ölkәlәrimiz arasında vacib milli tәhlükәsizlik vә iqtisadi әlaqәlәri mövcuddur, amma ABŞ daha çox Azәrbaycanda insan haqlarının pozulmasına göz yuma bilmәz”- deyә, konqresmen K. Smit bildirib.


Kristofer Smit - Helsinki Komissiyasının rәhbәri


Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur. Layihəyə görə, sanksiyalar yalnız Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində əhəmiyyətli tərəqqiyə , həmçinin azad və ədalətli seçkilərin keçirilməsinə nail olsa ləğv edilə bilər. Kristofer Smit müstəqli jurnalistlərin, siyasi müxalifәt nümayəndələrinin, hüquq müdafiəçiləri həbs edilməsini qәbuledilmәz hesab edir.



Qanun qəbul edildikdən sonra ABŞ şirkətlərinin Azərbaycan hökümətinin xaricdə həyata keçirdiyi humanitar, tibbi və digər layihələrdən çəkiləcəyi bildirilir. Həmçinin bir sıra layihələrin maliyyələşdirilməsi dayandırılacaq. Layihədə həmçinin 907-ci düzəlişdə veto hüququnun götürülməsi nəzərdə tutulur.

Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü, millət vəkili Fərəc Quliyev bildirdi ki, belə bir qanun layihəsinin hazırlanmasını 2 əsas amillə əlaqələndirdi.

“ABŞ konqresində senatorların və konqresmenlərin böyük bir hissəsi ermənilərinin lobbiçilik fəaliyyətinin qurbanına çevrilib. Layihənin hazırlanmasına təsir edən amillərdən biri erməni lobbisinin fəaliyyətidir. İkinci amil isə Azərbaycana qarşı təzyiqlərin davam etdirilməsidir. Bu Azərbaycanın regiondakı maraqlarının ayaqda durmasına qarşı atılan addımlardan biridir”.


Fərəc Quliyev - millət vəkili


Fərəc Quliyev bildirir ki, belə qərəzli layihələrin müzakirəsi ABŞ-ın özünün də maraqlarına zərbə vurur: “Amma bu layihənin qəbul edilməsi real görünmür. Çünki ABŞ-da Azərbaycanla strateji əməkdaşlığı davam etdirməyi istəyən qüvvələr var. Bu məsələni ABŞ-ın dövlət siyasəti kimi təqdim etmək düzgün olmazdı”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə hazırda təklifin layihə formasında olduğu üçün nazirliyinin bu məsələyə münasibət bildirməyəcəyini dedi.

Amma bu Qərb təşkilatlarının Azərbaycana qarşı qəbul etdiyi ilk layihə deyil. Avqustun 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Qətnamədə parlamentarilər Azərbaycanı tənqid edərək insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Qətnamədə Azərbaycanla Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır.

Bu qətnamələrdə ermənipərəst siyasətçilərin izləri açıq şəkildə hiss edilir. Ermənistanda aylardır ki, davam edən etiraz aksiyaları və bunu fonunda baş verən həbslərlə bağlı hökümətə qarşı heç bir qətnamələr və qadağalar tətbiq edilməyib.

Bütün bunlarla yanaşı ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceym Uorlik ölkəsində Qondarma Dağlıq Qarabağ rejimi ilə bağlı tədbirə qatılması, seperatçılarla görüş keçirməsini Azərbaycana qarşı ikili standart siyasətinin yürüdüldüyünü bir daha ortaya qoyur.

Amma ABŞ Azərbaycana qarşı hər hansı qərar qəbul edəndə enerji təhlükəsizliyini nəzərə almalıdır. Çünki Azərbaycan həyata keçirdiyi enerji layihələri ilə gələcəkdə ABŞ-ın müttəfiqlərinin toplaşdığı Avropa qitəsinin ən böyük qaz təchizatçılarından biri olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR