Müdafiə Sənayesi Nazirliyi gələn ildən yeni nəsil  pilotsuz uçan aparatların istehsalına başlayacaq

Müdafiə Sənayesi Nazirliyi gələn ildən yeni nəsil  pilotsuz uçan aparatların istehsalına başlayacaq
13:53 17 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC 
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ildən yeni nəsil pilotsuz uçan aparatların (PUA) istehsalına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
Y.Camalov vurğulayıb ki, bu uçuş aparatları kəşfiyyat aparmaqla yanaşı, digər funksiyalar da həyata keçirəcək, düşmənin istənilən hədəflərini məhv edə biləcək. Yeni nəsil pilotsuz uçan aparatlar Azərbaycan Ordusuna növbəti il təhvil veriləcək. Bu istiqamətdə artıq işlərə başlanılıb. İşlərin gələn ilin sonunda başa çatdırılması planlaşdırılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Senayesi_Nazirliyi_gelen_ilden_yeni_nesil_pilotsuz_uchan_aparatlarin_istehsalina_baslayacaq-912025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR