Türkiyənin dövlət qulluqçuları üçün təlim-seminar keçirilib

Türkiyənin dövlət qulluqçuları üçün təlim-seminar keçirilib
14:23 17 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyənin Böyük Millət Məclisinin, Ədliyyə, Maliyyə, Daxili İşlər, Müdafiə nazirliklərinin, Milli Təhlükəsizlik Qurumunun, Ankara Böyük Şəhər Bələdiyyəsinin və digər mərkəzi qurumların yüksək vəzifəli dövlət qulluqçuları üçün “Azərbaycanın innovativ davamlı inkişaf modeli” mövzusunda təlim-seminar keçirilib.
Tədbirdə bildirilib ki, BMT Baş Assambleyasının bu ilin sentyabrında Nyu-Yorkda baş tutan 70-ci yubiley sessiyası və BMT-nin təşəbbüsü ilə keçirilən dünya sammitində davamlı inkişaf, onun müxtəlif aspektləri XXI əsrdə qlobal inkişafın başlıca prioriteti kimi müəyyənləşdirilib. Sammitdə qəbul edilən 2015-2030-cu illər üçün qlobal inkişaf məqsədləri də "Davamlı inkişaf məqsədləri" adı ilə yayılıb. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilən, elmə əsaslanan innovativ dövlət idarəçiliyi strategiyası nəticəsində davamlı inkişafı bəşəriyyət üçün başlıca prioritet kimi müəyyənləşdirən BMT Baş Assambleyası və 2015-ci il dünya sammitindən çox əvvəl Azərbaycan Respublikası bu sahədə uzun illər önləyici siyasət həyata keçirib və əhəmiyyətli uğurlar qazanıb. Dünya Bankı, BMT və digər beynəlxalq qurumların məlumatlarına görə, Azərbaycan Respublikasının davamlı inkişaf göstəriciləri bu gün "Böyük yeddilik" (G7) və "Böyük iyirmilik" (G20) qruplarına daxil olan bir sıra dövlətlərin göstəricilərindən yüksəkdir. Ölkə Prezidentinin də dəfələrlə vurğuladığı kimi, bu istiqamətdə Azərbaycanın təcrübəsi olduqca pozitiv və diqqətəlayiqdir.
Azərbaycanın özünəməxsus inkişaf modeli, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə getdikcə artan marağın təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində noyabr ayında Ankarada da “Davamlı inkişafın hədəfləri. XXI əsr - İdarəetmə Texnologiyaları: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Bu tədbirlərdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun ölkəmizin inkişafı ilə bağlı nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_dovlet_qulluqchulari_uchun_telim_seminar_kechirilib-912033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR