Almaniya əsgər yığmaq üçün reklama əl atdı

Almaniya əsgər yığmaq üçün reklama əl atdı
15:48 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Almaniyanın 2011-ci ildə məcburi hərbi xidməti ləğv edərək könüllü xidmətə keçməsi əsgər sayı baxımından problem yaradıb. Trend-in “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya Müdafiə Nazirliyi əsgərlik üçün gözlənilən sayda müraciət olmadığına görə müxtəlif yollar əsgər axtarışına keçib.

Belə ki, Müdafiə Nazirliyi gəncləri hərbi xidmətə çağırmaq üçün reklam kampaniyasına başlayıb. Reklam kampaniyası üçün 10 milyon 600 min avro vəsait ayrılıb.

Kampaniya “Yeddi ayda bütün həyatı öyrənmək istəyirsənmi?” şüarı altında keçiriləcək.
Nazirlik gənclərin 7-23 ay müddətində könüllü əsasda hərbi xidmətdə olmalarını nəzərdə tutur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR