"Çelsi" yüksək postlaran birini Andrey Şevçenkoya həvalə etmək niyyətindədir.
Bu haqda "Sky Sport Italia" məlumat yayıb. Sabiq ukraynalı futbolçu son günlərdə tez-tez Roman Abramoviçlə birlikdə "zadəganlar"ın matçlarını stadiondan izləyir. Onun komandaya idman direktoru təyin ediləcəyi gözlənilir.
Əgər təyinat reallaşarsa, o zaman Şevçenkonun vəzifə öhdəliklərindən biri də yeni baş məşqçi axtarışı ola bilər. Bu mənada isə əsas namizəd Marçelo Lippidir.
Andrey Şevçenko daha öncə "Çelsi"də futbolçu kimi çıxış edib.