Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan edib
19:08 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 15-ci iclası keçirilib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantının gündəliyinə 8-ci qrant müsabiqəsinin elan edilməsi, fiziki şəxslərə beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına dəyişikliklərin olunması, Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və s. məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2015-ci illərdə Fond tərəfindən keçirilmiş 7 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 2333 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. Qeyd edib ki, yeni elan olunacaq müsabiqə də əvvəlkilər kimi, ilk növbədə gənclərin intellektual, fiziki və mənəvi inkişafına, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsinə yönəlib.
İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 12, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 4, “C” kateqoriyası (fərdi layihələr) üzrə 13 istiqamət təsdiq edilib, layihələrin təqdim olunması üçün 1 ayadək müddət (18 dekabr 2015-ci il - 15 yanvar 2016-cı il) müəyyənləşdirilib. Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına yardım, 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək və s. yeni mövzular əlavə edilib.
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihəsi müzakirəyə çıxarılıb.
Layihəni təqdim edən Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, bu qrantların 16-29 yaşlı tədqiqatçılara, ictimai fəal, istedadlı və yaradıcı gənclərə verilməsi nəzərdə tutulub. Eyni şəxs il ərzində Fonddan bir dəfə səfər qrantı ala bilər. Sənəddə göstərilir ki, Fond beynəlxalq tədbirdə iştirak üçün tələb olunan nəqliyyat və ya yaşayış xərclərindən yalnız birini ödəyə bilər. Bir neçə şəxs eyni tədbirdə iştirak etmək üçün müraciət edərsə, onlardan yalnız birinə qrant verilə bilər. Ayrılmış vəsaitin 70 faizi səfərdən əvvəl, qalan hissəsi isə səfər başa çatdıqdan və hesabat təqdim edildikdən sonra ödənilir. Fond qrantın təyinatı üzrə xərclənmədiyini, resipiyentin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 ilədək müddətə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər.
Dəyişikliklərin layihəsi və ona əlavə olunmuş hesabat forması müzakirələrdən sonra Müşahidə Şurası tərəfindən təsdiq edilib.
İclasda Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılıb, müvafiq təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması barədə qərar qəbul olunub.
Gündəlikdəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, sektor müdirləri Vaqif Seyidbəyov və Orxan Ərəbov iştirak ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

24 Sentyabr 2017 18:12

Səudiyyə Ərəbistanı tarikində ilk

24 Sentyabr 2017 18:08

Yeni məktəb binası istifadəyə verildi

24 Sentyabr 2017 18:04

Krımda 2000 illik tarixi olan qala tapıldı

24 Sentyabr 2017 18:03

Azərbaycanda yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır

24 Sentyabr 2017 18:02

Premyer Liqa oyunundan öncə bomba həyəcanı

24 Sentyabr 2017 17:59

"Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 17:57

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:54

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

24 Sentyabr 2017 17:52

İran Ərbillə hava nəqliyyatını dayandırdı

24 Sentyabr 2017 17:48

Malidə güclü partlayış

24 Sentyabr 2017 17:46

İraqda 42 nəfər edam edildi

24 Sentyabr 2017 17:44

Prezident İlham Əliyev: “Gələn ilin büdcəsi daha böyük olmalıdır”

24 Sentyabr 2017 17:39

"Beşiktaş"ın baş məşqçisi cəzalandırılacaq

24 Sentyabr 2017 17:38

Bill Qeyts yaxın 10 ildə insanlığı gözləyən təhlükələri AÇIQLADI

24 Sentyabr 2017 17:34

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli haqda

24 Sentyabr 2017 17:31

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

24 Sentyabr 2017 17:29

Mey istefa verəcək - Şok iddia

24 Sentyabr 2017 17:23

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:22

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

24 Sentyabr 2017 17:19

Türk ordusundan əməliyyat: PKK sığınacaqları məhv edildi

24 Sentyabr 2017 17:13

İrandan Kürdüstan rəhbərliyinə daha bir zərbə

24 Sentyabr 2017 17:13

"Real"ın ulduzu qəzaya düşdü - FOTO

24 Sentyabr 2017 17:07

Bu qidalar asılılıq yaradır

24 Sentyabr 2017 17:02

Xəstəliyə yoluxmuş meyvələri Azərbaycandan Rusiyaya keçirmək istədilər

24 Sentyabr 2017 16:58

Salyan şəhərində 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

24 Sentyabr 2017 16:57

Salyanda Bayraq Muzeyi açılıb

24 Sentyabr 2017 16:52

Prezident Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub

24 Sentyabr 2017 16:52

Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb

24 Sentyabr 2017 16:52

"Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq"

24 Sentyabr 2017 16:47

Məşhur filmlərin pərdə arxası görüntüləri

24 Sentyabr 2017 16:42

Prezident: "Qəbul etdiyimiz bütün qərarlar həyatda qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır"

24 Sentyabr 2017 16:33

Azərbaycan Prezidenti: Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq

24 Sentyabr 2017 16:33

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

24 Sentyabr 2017 16:33

İsveçrədə dağ havasını satırlar

24 Sentyabr 2017 16:28

Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub

24 Sentyabr 2017 16:27

ABŞ-ın buna haqqı yoxdur - Ərdoğan qəzəbləndi

24 Sentyabr 2017 16:18

İlham Əliyev: "Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır"

24 Sentyabr 2017 16:17

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29