Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş fotosərgi açılıb

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş fotosərgi açılıb
19:18 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında bu qurumun yaradılmasının 10 illiyinə həsr olunmuş fotosərgi açılıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin qurumlarının əməkdaşları sərgi ilə tanış olublar. Ziyarətçilərə sərgi barədə məlumat verilərkən bildirilib ki, burada nümayiş etdirilən fotoşəkillərdə ötən 10 il ərzində FHN-in fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində genişmiqyaslı fəaliyyəti əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin FHN-in müxtəlif strukturlarının inzibati binalarının açılışlarında iştirakını, nazirlik əməkdaşlarının peşə fəaliyyətini həyata keçirdikləri zaman göstərdikləri sücaətləri əks etdirən fotoşəkillər ziyarətçilərin böyük marağına səbəb olub.
Nazirliyin əməkdaşları, həmçinin Akademiyada kursantlar üçün yaradılmış şəraitlə tanış olub, ali tədris ocağında fəaliyyət göstərən muzeyə və Heydər Əliyev Mərkəzinə baş çəkiblər.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_yaradilmasinin_10_illiyine_hesr_olunmus_fotosergi_achilib-912192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR