Tutanhamonun maskası ilkin görkəmini alıb

20:03 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Misirin paytaxtı Qahirə şəhərində keçirilən sərgidə firon Tutanhamonun qızıl maskası nümayiş olunub. Maskanı almaniyalı mütəxəssislər iki ay ərzində təmir ediblər.
AZƏRTAC euronews saytına istinadla xəbər verir ki, ötən il fironun maskasının saqqalı qopmuşdu. Muzey işçiləri saqqalı yerinə yapışdırmağa çalışsalar da, bu, uğursuz alınmışdı.
Almaniya Arxeologiya İnstitutunun Qahirə departamentinin direktoru Stefan Seidlmayer deyib ki, təmir zamanı orijinallıq tam qorunub və maska ilkin görkəmini alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR