Obama Kubaya qarşı tətbiq edilən embarqonu ləğv etməyə çağırıb

Obama Kubaya qarşı tətbiq edilən embarqonu ləğv etməyə çağırıb
21:47 17 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama növbəti dəfə 1962-ci ildə Kubaya qarşı tətbiq edilən embarqonun ləğv edilməsinə çağırıb.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika Konqresinin üzvlərinə səslənən Ağ Ev başçısı bəyan edib ki, rəsmi Vaşinqton ilə Havana arasında münasibətlərin normallaşması yalnız ticarət embarqosunun ləğvindən sonra mümkün olacaq.
Onun sözlərinə görə, 54 il əvvəl tətbiq olunan embarqo Ağ Evin `yalnış siyasətinin mirası"dır.
Qeyd edək ki, Kuba və ABŞ arasında diplomatik münasibətlər 2015-ci ildə bərpa olunub. Lakin iki ölkə arasında bir sıra həll olunmamış məsələlər hələ də qalır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR