Joze Mourinyo “Celsi”nin baş məşqçisi postunu tərk edib

Joze Mourinyo “Celsi”nin baş məşqçisi postunu tərk edib
21:58 17 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Portuqaliyalı Joze Mourinyo “Celsi” futbol klubunun baş məşqçisi postunu tərk edib. Bu barədə məlumat klubun rəsmi saytında verilib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu qərar tərəflərin qarşılıqlı razılığı ilə qəbul olunub.
Bir qədər əvvəl məlumat verilmişdi ki, Mourinyonun vəzifədən azad olunacağı təqdirdə komanda ona 37,5 milyon funt-sterlinq ödəyəcək. Lakin portuqaliyalı məşqçi bu mövsümün sonunadək yalnız 12 milyon funt-sterlinq əməkhaqqı alacaq.
Xatırladaq ki, 2013-cü ilin yayında “Çelsi”yə qayıdan Joze Mourinyo komanda ilə 4 illik müqavilə bağlamışdı. İlk mövsümdə klub İngiltərə çempionatında 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə üçüncü yeri tutmuş, ötən mövsümdə ölkə çempionu olmuşdu. Ümumilikdə isə Mourinyonun rəhbərliyi ilə London klubu üç dəfə çempion kürsüsünə qalxıb.
Amma bu mövsümdə “Çelsi”nin tarixində ən pis göstərici qeydə alınıb. Doqquz oyunda məğlubiyyətə uğrayan londonlular 16 turdan sonra 15 xalla turnir cədvəlində 16-cı yeri tuturlar. Klubu təhlükəli zonadan cəmi bir xal ayırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Joze_Mourinyo_Celsinin_bas_mesqchisi_postunu_terk_edib-912252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR