"Kösəm Sultan"dan şikayəti ona etdilər - foto

"Kösəm Sultan"dan şikayəti ona etdilər - foto
11:51 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Aktyor Halit Ergenç alış-veriş edərkən maraqlı vəziyyətlə rastlaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlər aktyordan "Kösəm Sultan" serialının reytinqinin niyə aşağı olması haqda fikrini soruşublar. Halit "izləmədim, amma çox əziyyət çəkirlər. Beren Saat yaxında vaxtından əvvəl seriala daxil olacaq" deyib.

Həmin an bir yaşlı qadın aktyora yaxınlaşaraq "Kösəm Sultan" haqda şikayət edib:

"Serial alınmayıb, bəyənmədim. Hülya Avşar heç alınmayıb. Sizin "Möhtəşəm yüz il"i unuda bilmirəm. Bununla müqayisə edilə bilməz".

Fanatının sözləri qarşısında nə edəcəyini bilməyən Ergenç "yaxında gözəlləşəcək" deyərək mövzunu bağlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR