Eyni zamanda “quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşunun patoloji materialı, ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2 068 baş ev quşunun qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib. Ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşlarının baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyyə edib.
"Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir. DBNX ölkənin quş qripi xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop, ev quşları arasında “quş qripi” xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yaz fəslində aparılmasını nəzərdə tutur", - deyə məlumatda bildirilir.