Baş nazirin müvini: Gələn il ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək

Baş nazirin müvini: Gələn il ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək
12:53 30 Dekabr 2014
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

“Hesab edirəm ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası gələn ilki parlament seçkilərində növbəti dəfə möhtəşəm qələbə qazanacaq”. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Baş nazirin müavini bildirib ki, 2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq: “Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi olacaq. Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Belə bir qərarın qəbul olunması Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər verir”.

Ə.Əhmədov deyib ki, cari il ərzində həyata keçirilən tədbirlər, institusional islahatlar və qazanılmış uğurlar Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb.

Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində ötən müddət ərzində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir.

Ə.Əhmədov bildirib ki, gələn il ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək, bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində ardıcıl uğurlar əldə ediləcək: "2015-ci ildə Azərbaycanın dinamik inkişafının davam edəcəyinə inandığımı ifadə etmək istəyirəm. Regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı sahələrin tərəqqisi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin miqyasının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər inkişafın və nailiyyətlərin əsası kimi çıxış edəcək. Mən 2015-ci ilin Azərbaycan üçün uğurlu olacağına dərindən inanıram. Bu fikri söyləməyə əsas yaradan Prezident İlham Əliyevin iqtisadi siyasətinin obyektiv reallıqlara söykənməsi, səmərəli idarəçilik təcrübəsi, siyasi iradəsidir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2349004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR