Millət vəkilinin qardaşı qızı qalmaqallı məktəbə direktor təyin olunub

Millət vəkilinin qardaşı qızı qalmaqallı məktəbə direktor təyin olunub
14:42 18 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabaddakı M.Ə.Sabir adına 1 saylı orta məktəbə yeni direktor təyin edilib.

Milli.Az gün.az-a istinadən bildirir ki, yeni direktor əslən sabirabadlı olan, Sumqayıtdan millət vəkili seçilmiş Mirzəcan Xəlilovun qardaşı qızı Sevinc Xəlilovadır.

O, parlament seçkilərindən bir neçə gün sonra direktor vəzifəsinə təyinat alıb.

S.Xəlilova 1973-cü ildə Sabirabad rayonunda anadan  olub, BDU-nun coğrafiya fakültəsini bitirdikdən sonra adıçəkilən məktəbdə müəllim işləyib. 

Qeyd edək ki, xeyli müddət idi, 1 saylı məktəbdə direktor vəzifəsi boş qalmışdı. Sabiq direktor Diləfruz Mustafayeva kredit qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR