Abbas Ağalarov Kubokunda 9 boksçumuz növbəti mərhələyə keçib

23:48 18 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


 Bakı, 18 dekabr, AZƏRTAC
SSSR-nin əməkdar idman ustası, mərhum boksçu Abbas Ağalarovun xatirəsinə həsr olunan gənc boksçuların beynəlxalq turnirində ikinci günün döyüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, günün proqramına əsasən, 19 qarşılaşma keçirilib. Rinqə çıxan Azərbaycan idmançılarından Ramazan Abdullayev (52 kq), Seymur İsayev, Niyaməddin Allahverdiyev (hər ikisi - 56 kq), Sərxan Əliyev (60 kq), Şaiq Məlikov, Pərviz Quliyev (hər ikisi - 69 kq), Rasim Çobanlı və Hacı Dibazov (hər iksici 75 kq) qalib gələrək növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, turnirə dekabrın 20-də yekun vurulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR